İdman

AVRO-2024: Qazaxıstan millisi Finlandiyaya qalib gəldi

Sharing is caring!


Bu axşam AVRO-2024-ün seçmə mərhələsinin VIII turuna yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, turun son oyun günündə üç qrupda keçirilməli olan yeddi qarşılaşmadan biri artıq başa çatıb.

H qrupunda bu oyunadək xalları bərabər (12) olan iki komanda – Finlandiya və Qazaxıstan milliləri üz-üzə gəlib.

Qarşılaşmada hesabı açan tərəf ev sahibləri olsalar da, qonaqlar geridönüş etməyi və səfərdə vacib 3 xalı qazanmağı bacarıblar – 1:2.

Bu nəticədən sonra Qazaxıstan yığması 15 xalla 3-cü, Finlandiya seçməsi isə 12 xalla 4-cü yerdə qərarlaşıb. Qrupa isə hərəsi 16 xala malik Sloveniya və Danimarka komandaları başçılıq edirlər.  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir