İdman

Azərbaycan çempionatında komanda sayı artırıldı: Yeni mövsümün başlanma vaxtı da bəllidir

Sharing is caring!


Azərbaycan Basketbol Liqasında komanda sayı artırılıb.

Oxu.Az xəbər verir ki, 2023/24 mövsümündə 10 komanda yarışacaq. Bu barədə Azərbaycan Basketbol Federasiyasının mövsümün startına həsr etdiyi tədbirdə məlumat verilib.

Ötən mövsüm çempionatda iştirak edən “Sabah”, “Neftçi”, “Xırdalan”, “NTD Xaçmaz”, “Şəki”, “Sərhədçi”, “Gəncə” və “Cəlilabad”a “Xəzri” ilə “Sumqayıt” qoşulublar.

Yeni mövsümə oktyabrın 22-də start veriləcək.

Liqanın oyunları Bakı ilə yanaşı, Şəki, Gəncə, Xaçmaz, Cəlilabad və Sumqayıtda keçiriləcək.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir