Cəmiyyət

Deputat: “İnsanlar ərzağın baha olmasına etiraz etmirlər”

Sharing is caring!

“Bir il bundan qabaq Türkiyədən özüm üçün dərman gətirirdim. Baqajı gözləyəndə gördüm ki, bir saat gecikmə var. Soruşanda dedilər ki, baqajda dərman var, yoxlanılır. Mən 3 aylıq dərmanlarımı birdən gətirirəm. Mən Səfər Mehdiyevə zəng edəndən sonra buraxdılar. Ona görə dərmanların miqdarının müəyyən edilməsi çox vacibdir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitənin bu gün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişikliklərin müzakirəsi zaman deyib.

O qeyd edib ki, bəzi dərmanları onların dostları xaricdən alıb göndərirlər: 

“Ramiz Rövşənin oğlu Konyadan mənə dərman alıb göndərib. Bir qutusunu 4 manata. 5 qutusuna 20 manat pul verib. Amma burada, Azərbaycanda dərmanın bir qutusu 27-28 manata satılır. Fərq böyükdür. Mən başa düşürəm, yol xərci, logistika xərcləri var. Amma qiymət fərqi olsun qoy iki dəfə. Amma dərman 7-8 dəfə baha ola bilməz”.

Deputat əlavə edib ki, insanlar ərzağın baha olmasına etiraz etmirlər: 

“Mən bunu açıq deyirəm. Amma dərman insan sağlamlığı ilə bağlı olan məsələdir. Ona görə dərmanlarla bağlı normalar müəyyənləşdirilməlidir. Bir də baxmaq lazımdır, bəlkə dərman gətirəndə gömrükdə elə hərəkətləri edirlər ki, bu qiymətləri onların üzərinə qoymağa məcburdurlar?!”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir