İdman

UEFA Avropa Liqası “Qarabağ”la bağlı paylaşım edib – FOTO

Sharing is caring!


UEFA Avropa Liqası “X” sosial şəbəkəsindəki hesabında Azərbaycanın “Qarabağ” klubu ilə bağlı paylaşım edib.

Oxu.Az xəbər verir ki, paylaşımda “emosiya” sözü yazılıb və “Qarabağ”ın oyunçularının fotosu yer alıb.

Qeyd edək ki, “Qarabağ” oktyabrın 5-də UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda II turda İsveçdə “Hakken”in qonağı olub. “Ullevi” stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb – 1:0. Azərbaycan təmsilçisi xallarının sayını 6-ya çatdırıb.

“Qarabağ”la “Bayer 04” arasında oyunlar oktyabrın 26-da Leverkuzendə, noyabrın 9-da isə Bakıda keçiriləcək.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir