Cəmiyyət

Strateji tərəfdaşlığın və müttəfiqliyin yeni üfüqləri

Sharing is caring!

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri, keçirilən görüşlərdə əldə olunan razılaşmalar Azərbaycan-Qazaxıstan münasibətlərini yeni inkişaf istiqamətlərini müəyyənləşdirir, dərin köklərə malik iki türk dövlətini bir-birinə daha çox bağlayır. Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, biz
Müstəqillik dövründən bəri yüksəlişdə olan Azərbayan-Qazaxıstan münasibətlərinin daha da inkişafı üçün tarixi fürsət yaranıb. Öz regionlarının lokomotivləri hesab edilən hər iki ölkə təxminən 30 il ərzində siyasi, iqtisadi, mədəni və humanitar inkişafda böyük rol keçib, mühüm nəticələr əldə edib. Bu münasibətlər Orta Asiya və Cənubi Qafqaza regionunda iqtisadi-siyasi baxımdan təyinedici münasibətlərdir. Hər iki ölkənin iqtisadi və kommunikasiya ehtiyatları böyük potensiala sahib olmaqla tarixi İpək yolunun orta xətti üzrə əsas vektoru təşkil edir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsinin çağırılması barədə Qazaxıstanın təşəbbüsünü dəyişməz olaraq dəstəklədiyinizə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Səfər zamanı tərəflər arasında 20-dən artıq sənəd imzalanmışdır. Bu qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcək. Kənd təsərrüfatı sahəsini xüsusi qeyd edən Qazaxıstan Prezidenti diqqətə çatdırıb ki, burada iki ölkə bir-birini qarşılıqlı tamamlayır. Qazaxıstanın taxıl, buğda, kənd təsərrüfatı məhsullarının digər növlərini tədarük etmək imkanı var. Eyni zamanda Azərbaycandan Qazaxıstana kənd təsərrüfatı məhsullarını, yəni, meyvə-tərəvəz məhsullarını idxal etməyə ehtiyac var. Ümumiyyətlə, bir sıra qazaxıstanlı istehsalçılar Azərbaycana 100 adda, 300 milyon dollardan artıq məbləğdə mal tədarükünü artırmağa hazırdırlar.
Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür. Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir. Bu əməkdaşlıq da uğurla inkişaf edir. Mərkəz Füzuli şəhərində tikiləcək.
Qazaxıstan Orta Asiyada ən böyük respublikalardan biridir və Qazaxıstanla münasibətlərin yaxşılaşdırılması Azərbaycan dövləti üçün, Azərbaycan xalqı üçün faydalıdır. Nəqliyyat dəhlizi Qazaxıstan və Azərbaycan üçün Mərkəzi Asiya, Avrasiya İqtisadi İttifaqı ölkələri və Çin bazarlarına çıxışdır. Çin dünyanın ən mühüm iqtisadiyyatlarından birinə malikdir. Buna görə də Qazaxıstan-Azərbaycan münasibətlərinin və əməkdaşlığının inkişafı perspektivlidir.

Arif Nəcəfov,
Cəlilabad rayon Statistika İdarəsinin rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir