İdman

Canni De Byazi: “Qol vursaydıq, rəqib qələbəni pivə ilə bayram etməyəcəkdi”

Sharing is caring!


“Yaxşı oyun keçirdik. İlk hissədə bacarığımızı göstərə bilmədik. Amma balansı saxlamışdıq və mübarizə aparırdıq”.

Oxu.Az xəbər verir ki, bu sözləri AVRO-2024-ün seçmə mərhələsinın VIII turunda keçirilmiş Azərbaycan – Avstriya oyunundan sonra təşkil olunan mətbuat konfransında yığmamızın baş məşqçisi Canni De Byazi deyib.

0:1 hesabı ilə məğlub olan komandanın çalışdırıcısı son dəqiqələrdə qol epizodundan yararlana bilmədikləri üçün təəssüfləndiyini bildirib:

“İkinci yarıda yaxşı oyun gedirdi və bu səbəbdən dəyişikliklərə ehtiyac görmürdük. Güclü komandaya qarşı mübarizə apardıq. Fasilədən sonra penaltidən buraxdığımız qolla məğlub olduq”.

67 yaşlı mütəxəssis futbolçuların nədənsə çəkindiyini söyləyib:

“Avstriya yaxşı komandadır. Amma biz də inkişaf edirik. Sonuncu dəqiqələrdə qol vursaydıq, rəqib qələbəni pivə ilə bayram etməyəcəkdi”.

De Byazi futbolçuların bu gün meydanda güclərini qoyduğunu vurğulayıb:

“Onlardan razıyam. Nəticə fərqli olsaydı, daha çox sevinərdik”. O, Avropa çempionatına qatılmaq üçün Millətlər Liqasında pley-off şanslarının davam etməsi barədə danışıb: “Bizim bəxtimizdəm Yunanıstan da, Lüksemburq da uduzacaq (gülür)”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir