İdman

AVRO-2024-ün seçmə mərhələsində daha 7 oyun keçiriləcək

Sharing is caring!


Bu gün AVRO-2024-ün seçmə mərhələsində VII tura yekun vurulacaq.

“Report”un məlumatına görə, C, G və H qruplarında ümumilikdə 7 qarşılaşma keçiriləcək.

Son qitə çempionu İtaliya Maltanı qəbul edəcək. C qrupunun digər görüşündə Ukrayna Şimali Makedoniyanı sınağa çəkəcək.

G qrupunda Litva Bolqarıstanın, Serbiya Macarıstanın qonağı olacaq.

H qrupunda isə Şimali İrlandiya – San Marino, Sloveniya – Finlandiya və Danimarka – Qazaxıstan matçları gerçəkləşəcək.

Bu qruplarda final mərhələsinə vəsiqə qazanacaq komandaların adlarına növbəti turlarda aydınlıq gələcək.

AVRO-2024, seçmə mərhələ

VII tur

C qrupu

17:00. Ukrayna – Şimali Makedoniya

22:45. İtaliya – Malta

Xal durumu: İngiltərə – 13 (5 oyun), İtaliya – 7 (4), Ukrayna – 7 (5), Şimali Makedoniya – 7 (5), Malta – 0 (5)

G qrupu

20:00. Bolqarıstan – Litva

22:45. Macarıstan – Serbiya

Xal durumu: Macarıstan – 10 (4), Serbiya – 10 (5), Monteneqro – 8 (5), Bolqarıstan – 2 (5), Litva – 2 (5)

H qrupu

17:00. Şimali İrlandiya – San Marino

20:00. Sloveniya – Finlandiya

22:45. Danimarka – Qazaxıstan

Xal durumu: Sloveniya – 13 (6), Danimarka – 13 (6), Finlandiya – 12 (6), Qazaxıstan – 12 (6), Şimali İrlandiya – 3 (6), San Marino – 0 (6)

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir