İdman

Azərbaycanlı futbolçu İkardi və Ceko ilə birlikdə həftənin oyunçusu adına namizəddir

Sharing is caring!


Azərbaycanlı futbolçu Renat Dadaşov Türkiyə Superliqasında VIII turun ən yaxşı oyunçusu adına namizəddir.

“Report” xəbər verir ki, “Hatayspor”un hücumçusu “Yeniaçık” nəşrinin müəyyənləşdirdiyi 4 iddiaçı sırasına düşüb.

“Konyaspor”la görüşdə dubla imza atan 24 yaşlı forvardın rəqibləri “Fənərbağça”nın hücumçusu Edin Ceko, “Qalatasaray”ın ön xətt oyunçusu Mauro İkardi və “Ankaragücü”nün yarımmüdafiəçisi Qarri Rodrigesdir. Səsvermə nəşrin “X” sosial şəbəkə səhifəsində azarkeşlər arasında aparılır.

VIII turda İkardi və Rodriges bir qol və bir məhsuldar ötürmə, Ceko bir qolla yadda qalıblar.

Qeyd edək ki, “Konyaspor”u 3:1 hesabı ilə məğlub edən “Hatayspor” 14 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir