İdman

Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü – VİDEO

Sharing is caring!




Azərbaycan çempionatında növbəti danışılmış oyun “radar”a düşüb.

Bu barədə fanat.az-a UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli məlumat verib.

Qurum rəsmisi bu barədə qitə futbol təşkilatından və əməkdaşlıq etdikləri “SportRadar” şirkətindən siqnal aldıqlarını çatdırıb:

“Çox təəssüf ki, danışılmış oyunlarla bağlı siqnallar gəlməkdə davam edir. Hazırda yeni bir məlumatı sizinlə bölüşə bilərəm. Birinci Liqanın 18-ci turunun bir oyununa Asiya ölkələrindən birində böyük məbləğdə mərc edilib. Söhbət MOİK – “Difai Ağsu” matçından gedir. Bu oyunda dörd qol olacağına iddia edilib. Aldığımız məlumat barədə hüquq-mühafizə orqanlarına rəsmi məlumat hazırlayırıq və yaxın saatlarda təqdim edəcəyik. Araşdırmalar davam edir. Yəqin ki, gün ərzində bu barədə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, sözügedən oyunda məhz dörd qol vurulub – görüş “hərbçilər”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bütün qollar ikinci hissədə qeydə alınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir