İdman

A Seriyası: “Napoli” uduzdu, “Roma” zəif rəqibinə aman vermədi – VİDEO

Sharing is caring!


İtaliya A Seriyasında VIII tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, son çempion “Napoli” öz meydanında “Fiorentina”nı qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 1:3. Florensiyalıların heyətində Yosip Brekalo, Cakomo Bonaventura və Nikolas Qonsalesin qollarına Neapol klubundan yalnız Viktor Osimhen cavab verə bilib. Nigeriyalı forvardın penaltidən vurduğu top xal qazanmaq üçün kifayət etməyib. Bu nəticə komandaların turnir cədvəlində yerdəyişməsi ilə nəticələnib.

Xallarını 17-yə çatdıran “Fiorentina” dördüncü pilləyə yüksəlib. 14 xalda qalan “Napoli” beşincidir.

“Roma” isə autsayder “Kalyari”yə aman verməyib. Paytaxt klubu rəqib meydanında böyük hesablı qələbəyə sevinib – 1:4.

Romelu Lukakunun dubl etdiyi qarşılaşmada “canavarlar”ın digər qollarına Hussem Auar və Andrea Belotti imza atıblar. Meydan sahiblərinin təsəlli qolunu penaltidən Nahitan Nandez vurub.

Xallarını 11-ə çatdıran “Roma” 10-cu sıraya yüksəlib. “Kalyari” iki xalla sonuncu – 20-cidir.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir