İdman

Lamin Yamal La Liqanın tarixinə düşdü, “Barsa” autsayderlə bacarmadı – VİDEO

Sharing is caring!


İspaniya La Liqasında IX tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, bağlanış matçında “Barselona” “Qranada”nın qonağı olub.

Dörd qolun vurulduğu görüşdə qalib müəyyənləşməyib – 2:2. Hesabı birinci dəqiqədə meydan sahiblərinin heyətində Brayan Saraqosa açıb. 29-cu dəqiqədə o, özünün və komandasının ikinci qolunu vurub.

Lakin “Barsa” təslim olmayıb. 45+1-ci dəqiqədə Lamin Yamal fərqi azaldıb. 16 yaş 87 günlüyündə rəqib qapısına yol tapan oyunçu La Liqa tarixində fərqlənməyi bacaran ən gənc futbolçu olub. 86-cı dəqiqədə isə Serji Roberto “Barselona”nı məğlubiyyətdən xilas edən qola imza atıb.

Bu nəticədən sonra 21 xalı olan “Barsa” üçüncü pillədədir. Komanda lider “Real Madrid”dən üç, ikinci yerdəki “Jirona”dan bir xal geri qalır. Autsayderlər sırasında qərarlaşan “Qranada” isə altı xalla 19-cudur.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir