İdman

Qurban Qurbanov: “Hər iki komanda çox istəkli idi”

Sharing is caring!


“Hər iki komanda çox istəkli idi”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi”yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis yaxşı oyun sərgilədikləri üçün hər iki kollektivə təşəkkür edib:

“Futbolçularıma da ayrıca minnətdaram. Xarakter göstərdilər, oyundan qopmadılar, bütün fikirləri qarşılaşmada oldu. Vacib görüş idi. Dövrəni qələbə ilə başa vurmaq istəyirdik. Bu da alındı. Bu stadionda oynamaq həmişə mən və futbolçular üçün çox xoşdur. Həmişə yaxşı atmosfer olur”.

Qurbanov bəzi oyunçularda yorğunluğun hiss edildiyini vurğulayıb:

“Bir az narahatlığım var idi. Avrokubok matçını Bakıda oynasaydıq, daha rahat olardı. Bütün gecəni yolda olduq. Belə qarşılaşmalarda xarakter lazım idi. Futbolçuların hazırlığı son vaxtlarda yaxşı səviyyəyə çatıb. Sonadək dinamikanı saxladılar. Yorğunluğa baxmayaraq xarakter göstərdilər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir