İdman

HƏMAS yaraqlıları israilli futbolçunu qətlə yetirib – FOTO

Sharing is caring!


İsraildə Fələstinin HƏMAS yaraqlıları sabiq futbolçu Lior Assulini qətlə yetiriblər.

Bu barədə Təl-Əvivin “Hapoel” klubu sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, 43 yaşlı idmançının meyiti Reim kibutsunun (kommuna) yanında aşkarlanıb.

Qeyd edək ki, “Hapoel”dən başqa israilli futbolçu ölkəsinin “Makkabi” (Hertsliya), “Beytar”, Bney Şahnin” və “Bney İyehuda”, həmçinin Kiprin “Apollon” komandalarında çıxış edib. Eyni zamanda, o, 2004-cü ildə Moskvanın “Spartak” klubunun maraq dairəsində olub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir