İdman

Premyer Liqa: Bu gün “Neftçi” – “Qarabağ” oyunu keçiriləcək

Sharing is caring!


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında birinci dövrəyə yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, IX turun daha iki oyunu baş tutacaq.

İlk olaraq “Sumqayıt” “Kəpəz”i qəbul edəcək. Rəqiblərindən bir görüş az keçirən “gənclik şəhəri” təmsilçisi səkkiz xalla 7-ci, Gəncə klubu isə beş xalla sonuncu-10-cu pillədə qərarlaşıb.

Tur “Neftçi” və “Qarabağ” arasında keçiriləcək Azərbaycan derbisi ilə başa çatacaq. “Köhlən atlar” 16 xalla üçüncü, “ağ-qaralar” 12 xalla beşinci sıradadır.

8 oktyabr (bazar)

16:30. “Sumqayıt” – “Kəpəz”
Hakimlər: Emin Əliyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena”

19:30. “Neftçi”– “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Neftçi Arena”

Qeyd edək ki, IV turun digər matçlarında “Zirə” “Turan Tovuz”u (2:1), “Səbail” “Qəbələ”ni (1:0) məğlub edib. “Sabah” – “Araz-Naxçıvan” qarşılaşmasında qalib müəyyənləşməyib – 1:1.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir