İdman

A Seriyası: Derbini “Yuventus” qazandı, “İnter” böyük üstünlüyü əldən verdi – VİDEO

Sharing is caring!


İtaliya A Seriyasının VIII turunda Turin derbisi baş tutub.

Oxu.Az xəbər verir ki, “Yuventus” öz meydanında “Torino”nu qəbul edib.

Qarşılaşma “zebrlər”in qələbəsi ilə başa çatıb – 2:0. 47-ci dəqiqədə Federiko Qattinin hesabı açdığı qarşılaşmada yekun nəticəni Arkadiuş Milik müəyyənləşdirib. O, 62-ci dəqiqədə fərqlənib. Hazırda 17 xalı olan “Yuventus” üçüncü pillədədir.

“Torino” doqquz xalla 12-cidir. Lider “İnter” isə turu xal itkisi ilə başa vurub.

“Nerazzuri” öz meydanında “Bolonya”ya güc gələ bilməyib – 2:2. Françesko Açerbinin 11-ci, Lautaro Martinesin 13-cü dəqiqədə vurduğu qollarla böyük üstünlük əldə edən komanda bunu qoruya bilməyib. Rikardo Orsolini və Coşua Zirkze qonaqları məğlubiyyətdən xilas ediblər.

Xal itkisinə baxmayaraq, “İnter” əvvəlki kimi liderdir. Komandanın 19 xalı var. 11 xala malik “Bolonya” səkkizincidir.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir