İdman

Azərbaycan klubu Avropa Kubokunun yarımfinalında – FOTO

Sharing is caring!


Çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunda (“Beach Volley European Cup” – red.) çıxış edən kişilərdən ibarət “Murov Az Terminal” klubu yarımfinala yüksəlib.

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, komanda 1/4 final mərhələsində Macarıstanın “SRSE Budapeşt” klubuna qalib gəlib.

Komandalar arasında keçirilən iki oyundan birincisində rəqib, ikincidə isə Azərbaycan təmsilçisi üstün olub. Ardınca qalibi müəyyən etmək üçün qızıl set oynanılıb. Burada 15:8 hesabı ilə qələbə qazanan komandamız Avropa Kubokunda növbəti mərhələyə adlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir