İdman

“Arsenal”ın hücumçusu Super Liqa nəhənginə keçdi

Sharing is caring!


“Arsenal”ın futbolçusu Nikolya Pepe karyerasını Türkiyədə davam etdirəcək.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. O bildirib ki, 28 yaşlı forvard “Trabzonspor”la anlaşıb. Kot-d’İvuardan futbolçu bu gün tibbi müayinədən keçdikdən sonra Super Liqa nəhəngi ilə qısa müddətli müqavilə imzalayacaq.

2019-cu ildən “Arsenal”ın üzvü olan Pepe ötən mövsümü icarə əsasında Fransa Liqa 1 klubu “Nitsa”da çıxış edib və 28 oyunda səkkiz qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir