İdman

Messi yenidən Avropada oynaya bilər

Sharing is caring!


ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi Avropaya qayıda bilər.

Məlumata görə, sözügedən komanda MLS-in (Major League Soccer – ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı – red.) pley-off mərhələsinə vəsiqə qazanmasa, Mayami klubunun ulduzları “köhnə qitə” təmsilçilərinə icarəyə verilə bilərlər.

Beləliklə, argentinalı ulduz hücumçu Lionel Messinin də Avropa klublarından birinə keçməsi mümkündür.

Qeyd edək ki, “İnter Mayami” MLS-in Şərq Konfransında 31 matçda 33 xal toplayıb və 15 komanda arasında 14-cüdür. Turnirin formatına görə, ilk doqquz pilləni tutan komandalar pley-offa adlayacaqlar. “İnter Mayami” hazırda doqquzuncu olan “Monreal”dan beş xal geri qalır. Komandanın qarşıda üç oyunu var.

Xatırladaq ki, Lionel Messi bu yay Fransanın PSJ klubundan “İnter Mayami”yə keçib. Futbolçunun hazırkı komandası ilə müqaviləsi 2025-ci ilin dekabrına qədərdir. Bu mövsüm o, bütün turnirlərdə 12 matçda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir