Cəmiyyət

Kürdəmirdə ağır qəza: Avtomobil kanala aşdı, bir ailənin dörd üzvü yaralandı – FOTO

Sharing is caring!

Kürdəmirdə avtomobil qəzası baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Atakişili kənd sakini, 33 yaşlı Kərimov Sərxan Cəlal oğlu “Nissan” markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən nqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına aşıb.

Hadisə zamanı sürücü və sərnişinlər – 25 yaşlı Kərimova Samirə Elxan qızı, 2 yaşlı Kərimli Aylin Sərxan qızı və 1 yaşlı Kərimli Cəlil Sərxan oğlu müxtəlif xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir