İdman

Levandovski qeyri-müəyyən müddətə sıradan çıxdı

Sharing is caring!


“Barselona”nın hücumçusu Robert Levandovski sol ayağının topuq oynağındakı zədə səbəbindən qeyri-müəyyən müddətə sıradan çıxıb.

Bu barədə Kataloniya klubunun Mətbuat Xidməti sosial şəbəkədə yazıb.

Xatırladaq ki, 35 yaşlı polyak Çempionlar Liqasında “Portu” ilə matçda zədələnmişdi. Oyun oktyabrın 4-də baş tutub və 1:0 hesabı ilə başa çatıb. 36-cı dəqiqədə Levandovski zədələnərək meydanı tərk edib. Onu qələbə qolunu vuran 23 yaşlı ispan Ferran Torres əvəzləyib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir