Cəmiyyət

Nazir: “Məktəblərdə xoşagəlməz halların olması qaçılmazdır”

Sharing is caring!


“Məktəbdə uşaqlar həmişə bir-biri ilə dalaşırlar. Evdə də belədir. Məktəbdəki bu halları lentə alıb və sosial şəbəkələrdə paylaşaraq, müəllimlərin üzərinə getmək düzgün deyil”.

Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, son vaxtlar şagirdlərlə bağlı neqativ hallar baş verməsi ilə məlumatlar yayılır:

“Nazirlik olaraq hadisələrin başvermə səbəblərini öyrənməyə çalışırıq. 1 milyondan çox təhsilalanı olan məktəblərdə xoşagəlməz halların olması qaçılmazdır. 6 nömrəli tam orta məktəbdə ikinci sinifdə oxuyan şagirdin valideyni iddia edirdi ki, 13 yaşlı uşaq onu ciddi qısnamaya məruz qoyub. Məsələlərlə bağlı işlər aparılıb. Nəticədə bu hadisə ilə bağlı heç bir sübut olmadı”.

Nazir bildirib ki, baş verənlərin cinayət hadisəsi olmasını hüquq-mühafizə orqanları müəyyən edir:

“Xırda xoşagəlməz hal olanda məktəb rəhbərliyi bunun qarşısını ala bilirsə, məsələ bitmiş hesab olunur”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir