Cəmiyyət

Bakıda yolu kəsən soyuducular yığışdırılıb – FOTO

Sharing is caring!


Bakı şəhər Xətai rayonu ərazisində fəaliyyət göstərən ticarət köşkünün ətrafına yığılan soyuducuların piyadaların və nəqliyyatın hərəkətinə çətinlik yaratdığı bildirilir.

“Qafqazinfo” xəbər verir ki, Əhmədli kəndindən Babək prospektinə gedən yolda qoyulmuş soyuducuların fotosu sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən bir neçə soyuducunun yolun hərəkət hissəsinə qoyulması, piyadaların yolunu tam kəsməsi, həmçinin avtomobillərin hərəkətinə də maneə yaratması məlum olur.

Qeyd edək ki, Bakı şəhərində səkilərdə və yol kənarlarındakı köşklərin ətrafına yığılmış soyuducuların hərəkət iştirakçılarına maneə yaratması ilə bağlı tez-tez şikayətlər edilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, ərazidə qayda pozuntusu ilə müşahidə olunan hal aradan qaldırılıb.

“Qaydalara əsasən, səyyar formada və ya daimi ticarət yerindən kənarda – evdə, iş, təhsil yerində, nəqliyyatda, küçə və digər yerlərdə dondurma, alkoqolsuz içkilər, istehsalçı tərəfindən qablaşdırılmış çörək-bulka və qənnadı məmulatları istisna olmaqla, digər ərzaq və başqa mallarının satılmasına yol verilmir” , – deyə məlumatda qeyd olunub.

O da bildirilib ki, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməyən yerlərdə malların satılmasına və ya işlərin, xidmətlərin görülməsinə görə 80 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir