İdman

“Sabah”ın baş məşqçisi: “Qrupda keçirdiyimiz ən yaxşı oyun oldu”

Sharing is caring!


“Bəzi epizodlarda ribaundda, bəzən müdafiədə və atışlarda uğursuz olsaq da, bu, qrupda keçirdiyimiz ən yaxşı oyun oldu”.

“Report”un məlumatına görə, bunu “Sabah” basketbol komandasının baş məşqçisi Boban Mitev Rumıniya klubu “Rapid”ə 90:71 hesabı ilə qalib gəldikləri FIBA Avropa Kubokunun qrup mərhələsinin son oyunu barədə danışarkən deyib.

Şimali makedoniyalı mütəxəssis komandasının yaxşı çıxış etdiyini bildirib:

“Bilirdim ki, fərdi bacarıqları yüksək olan oyunçularım var. Mənim işim bu fərdi keyfiyyətləri sistemli komanda oyununa çevirmək idi. Düzünü desəm, bura minimum bir oyunda qələbə qazanmağa gəlmişdik. Oyunçular əsl döyüşçü kimi mübarizə apardılar. Düzgün yoldayıq. Belə düşünməyə nikbin əsaslarım var. Bakıda keçirəcəyimiz avrokubok matçlarında tribunaları dolu görmək istəyirəm”.

Qeyd edək ki, “Sabah” A qrupunun əvvəlki görüşlərində Niderland təmsilçisi “Donar”ı 75:72, Şimali Makedoniya klubu “Rabotniçki”ni isə 83:81 hesabı ilə məğlub edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir