İdman

Premyer Liqa: “Səbail” “Qəbələ”ni səfərdə heç vaxt məğlub edə bilməyib – STATİSTİKA

Sharing is caring!


“Səbail” Premyer Liqanın IX turunda qarşılaşacağı “Qəbələ”ni səfərdə heç vaxt məğlub edə bilməyib.

“Report”un məlumatına görə, bu komandalar arasında ölkə çempionatı çərçivəsində “Qəbələ”nin meydanında baş tutan 11 qarşılaşmanın yalnız 3-də bakılılar bir xalla kifayətlənməli olublar.

Qalan 8 görüşün hamısında ev sahibləri meydanı 3 xalla tərk ediblər. Top fərqində də böyük üstünlük var – 27:8. Komandaların Qəbələdəki son 4 duelinin hər birində “qırmızı-qaralar” qələbə qazanıblar.

Ümumiyyətlə, “Qəbələ” ilə “Səbail” 2017-ci ildən başlayan rəqabətdə indiyə qədər 23 dəfə üz-üzə gəliblər. Bunun 12-də bölgə təmsilçisi, 5-də isə bakılılar üstün olublar. 6 qarşılaşma heç-heçə nəticələnib. “Qəbələ”nin vurduğu 43 qola “gəmiçilər” 25 qolla qarşılıq verə biliblər.

Bu mövsüm daha parlaq oyun nümayiş etdirən “Səbail” son 4 çempionat görüşündə rəqibinə qalib gələ bilməyib. Paytaxt təmsilçisi axırıncı dəfə 2022-ci ilin aprelində, yəni ilyarım əvvəl “Qəbələ”dən 3 xal almağı bacarıb.

Qeyd edək ki, oktyabrın 7-də keçiriləcək “Qəbələ” – “Səbail” oyunu saat 16:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir