İdman

AVRO-2024: Azərbaycan – Avstriya oyununun biletləri oktyabrın 6-da satışa çıxarılacaq

Sharing is caring!


AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – Avstriya oyununun biletləri oktyabrın 6-da satışa çıxarılacaq.

Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytında məlumat yayılıb.

Qeyd olunub ki, biletlərin qiymətləri və satışa çıxarılacağı ünvanlar artıq müəyyənləşib.

Azarkeşlər biletləri “Gənclik Mall”, “28 Mall”, Heydər Əliyev Sarayının kassası, Köşk No1, Köşk No2, 1 Saylı ASAN Xidmət Mərkəzi, 2 Saylı ASAN Xidmət Mərkəzi, 3 Saylı ASAN Xidmət Mərkəzi, 4 Saylı ASAN Xidmət Mərkəzi, 1 Saylı Sumqayıt Regional ASAN Xidmət Mərkəzi və “iticket.az” satış məntəqələrindən əldə edə bilərlər.

Biletlərin qiyməti kateqoriyalar üzrə aşağıdakı kimidir:

Kateqoriya 1 – 15 manat

Kateqoriya 2 – 10 manat

Kateqoriya 3 – 5 manat

VİP E,F,G,H – 50 manat

VİP A, B – 50 manat

VİP 31-36 – 50 manat

VİP C2, D2 – 30 manat

VVİP C, D – 200 manat

Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – Avstriya oyunu saat 20:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir