İdman

“Qəbələ”nin baş məşqçisi: “Növbəti mərhələ üçün şanslar bərabərdir”

Sharing is caring!


“Növbəti mərhələ üçün şanslar bərabərdir. Cavab görüşündə daha az səhv edən kollektiv növbəti raunda yüksələcək”.

Bunu “Report”a açıqlamasında “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Famil Xəlilov Macarıstanın “Puşkaş Akademiya” klubu ilə heç-heçə (1:1) etdikləri UEFA Gənclər Liqasının I mərhələsinin ilk oyunu ilə bağlı danışarkən deyib.

Mütəxəssis qarşılaşmanın kifayət qədər maraqlı keçdiyini bildirib:

“Hesabın ədalətli olduğunu düşünürəm. Hər iki tərəfin çoxlu qol imkanları oldu. İlk hissədə biz, ikinci yarıda rəqib üstün oynadı. Matça ağır qrafikdə hazırlaşmışdıq. 10 gün ərzində üçüncü görüşümüzə çıxmışdıq. İkinci hissədə də yorğunluq müşahidə olunurdu. Bəzi futbolçularda hər şey alındı, digərlərində yox. Buna baxmayaraq, onlara inanıram və çox yaxşı mübarizə apardıqları üçün təşəkkür edirəm”.

Xəlilov artıq komandaların bir-birini yaxşı tanıdığını, üstün və zəif tərəflərini yaxşı bildiyini söyləyib:

“Rəqib hava toplarında, standart vəziyyətlərdə çox təhlükəlidir. Belə oynamağa imkan versək, bizi cəzalandıracaqlar. Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”.

Qeyd edək ki, cavab matçı oktyabrın 25-də Macarıstanda keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir