İdman

Arif Əsədov: “Qarabağ” “Hakken”ə qalib gəlsə, 70-80 faiz növbəti mərhələni təmin edəcək”

Sharing is caring!


“Qarabağ” qələbə qazansa, 70-80 faiz növbəti mərhələni təmin edəcək”.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov ölkə çempionunun İsveçdə “Hakken”ə qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyunu ilə bağlı danışarkən deyib.

53 yaşlı mütəxəssis bu görüşün qrupdan çıxmaq baxımından çox vacib olduğunu bildirib:

“Qrupun favoriti “Bayer 04”dür. İkinci yer üçün isə digər komandalar mübarizə aparacaqlar”.

Əsədov “köhlən atlar”ın artıq səfərdə də yaxşı oyun nümayiş etdirdiyini söyləyib:

“Meydan sahibi öz meydanında hansısa üstünlüyə malik olur. Lakin “Qarabağ” elə səviyyəyə çatıb ki, səfərdə də yaxşı oynayır. Hətta bəzən evdə heç-heçə etdikləri rəqibləri səfərdə məğlub ediblər. Bu amil futbolçulara maneə törətməyəcək. Rəqib dominantlıq etmək istəsə, açıq futbol sərgiləsə, boş sahələr yaranacaq və oyunçular məharətlə bundan istifadə edə bilərlər”.

Baş məşqçi “Qarabağ”ın yeni transferlərinin uyğunlaşma prosesinin də arxada qaldığını sözlərinə əlavə edib. O, komandanın 80-90 faiz formada olduğunu vurğulayıb:

“Məncə, “Bayer 04” ilə də mübarizə apara biləcəklər. “Hakken”lə görüşdə xal qazansalar, növbəti matçda daha rahat olacaqlar və istədikləri nəticəni əldə edə biləcəklər. Ötən mövsüm Almaniyanın digər təmsilçisi “Frayburq”la da başabaş oyun sərgilədilər. Düşünürəm ki, “Qarabağ” hər bir güclü rəqibə qarşı oyunda sürpriz nəticə qazana bilər”.

Qeyd edək ki, oktyabrın 5-də Göteborqda gerçəkləşəcək “Hakken” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir