İdman

“Sumqayıt”ın üç legioneri milli komandalara dəvət aldı

Sharing is caring!


“Sumqayıt”ın üç legioner futbolçusu ölkələrinin milli komandalarının heyətinə dəvət alıb.

Klubun Mətbuat Xidmətinin yaydığı məlumata görə, Erik Sorqa, İsa Suliman və Kasimir Ninqa müvafiq olaraq Estoniya, Pakistan və Çad yığmalarına çağırılıblar.

Qeyd edək ki, Estoniya oktyabrın 13-də AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisini qəbul edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir