Dünya

Tayvanda “Koinu” qasırğasına görə fırtına xəbərdarlığı edilib

Sharing is caring!


Tayvanın Mərkəzi Meteorologiya İdarəsi “Koinu” qasırğasının yaxınlaşması ilə əlaqədar fırtına xəbərdarlığı edib.

Məlumata görə, tayfun Tayvanın ən cənub nöqtəsi – Eluanbi burnundan 410 km cənub-şərqdə olub. Küləyin sürəti 53 m/s-ə çatır.

Meteoroloqlar qeyd edirlər ki, “Koinu” cümə axşamı gecəsi adanın cənub-şərq sahillərinə düşəcək. Eyni zamanda, çərşənbə günü səhər saatlarında Pindun, Taydun və Hualyan əyalətlərində güclü yağışlar və güclü küləklər başlayacaq.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir