İdman

“Sabah” basketbol klubu bu gün Avropa Kubokunda ilk oyununu keçirəcək

Sharing is caring!


“Sabah” basketbol klubu bu gün FIBA Avropa Kubokunun 2023/2024 mövsümündə ilk oyununa çıxacaq.

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu Şimali Makedoniyada təşkil olunan təsnifat mərhələsinə Niderland təmsilçisi “Donar”a qarşı oyunla start verəcək.

Qroningenlilərlə Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, A qrupunda yer alan “Sabah” növbəti oyunlarını oktyabrın 3-də “Rabotniçki” (Skopye, Şimali Makedoniya), 5-də isə “Rapid”ə (Buxarest, Rumıniya) qarşı keçirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir