İdman

“Sabah” basketbol klubunun baş məşqçisi: “Qələbə uğrunda sona qədər mübarizə aparacağıq”

Sharing is caring!


“Komandamızın hazırlığı məni qane edir. İlk oyundan gözləntilərə gəldikdə, sona qədər mübarizə aparıb qələbə qazanmaq üçün mümkün olan hər şeyi edəcəyik”.

Oxu.Az xəbər verir ki, bunu “Sabah” basketbol komandasının baş məşqçisi Boban Mitev FIBA Avropa Kubokunda Niderland təmsilçisi “Donar” ilə oyundan əvvəl klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Şimali makedoniyalı mütəxəssis bildirib ki, azərbaycanlı basketbol həvəskarlarını sevindirmək üçün əllərindən gələni etməyə çalışacaqlar: “Hər üç oyunda qələbə üçün sona qədər mübarizə aparacağıq. Basketbolçularımın simasında əsl döyüşçü obrazı görmək istəyirəm. Rəqiblərimizin avrokubok təcrübəsi olsa da, hər üç oyunda qələbə qazana bilərik”.

Qeyd edək ki, A qrupunda yer alan “Sabah” klubunun “Donar” ilə görüşü oktyabrın 2-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı saat 19:30-da başlayacaq. Azərbaycan çempionu oktyabrın 3-də “Rabotniçki” (Skopye, Şimali Makedoniya), iki gün sonra isə “Rapid” (Buxarest, Rumıniya) ilə qarşılaşacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir