Dünya

Niger lideri Fransa hərbçilərinin ölkədəki terrorçuları məğlub edə bilmədiyini deyib

Sharing is caring!


Nigerdə ​​hakimiyyəti ələ keçirmiş hərbçilərin lideri Abdurahman Tçiani bildirib ki, hazırda ölkəni tərk etməyə hazırlaşan Fransa hərbçiləri terrorizmin məğlub olmasına nail ola bilməyiblər.

“Onların terrorizmə qalib gələ bilmədikləri bir yana, üstəlik terrorçuların sayı daha da artıb”, – deyə Fransa mediası onun sözlərindən sitat gətirib.

Tçianinin sözlərinə görə, Niger hakimiyyəti hazırda Fransa hərbçilərinin ölkədən çıxmasına hazırlaşır.

“Terrorla mübarizə aparmaq üçün ölkəmizdə olan fransızlar birtərəfli qaydada bizimlə əməkdaşlığı dayandırdıqlarına görə onların Nigerdə ​​qalma müddəti başa çatır”, – deyə o, əlavə edib.

Tçiani qeyd edib ki, hərbçilər Nigerdə ​​dövlət çevrilişini məhz hakimiyyət orqanlarının ölkənin təhlükəsizlik məsələləri ilə bağlı onların fikrini nəzərə almadıqları üçün həyata keçiriblər.

Xatırladaq ki, daha əvvəl Nigerin yeni hakimiyyətini qəbul etməyən Fransa prezidenti Emmanuel Makron ilin sonuna qədər Fransa hərbi kontingentinin (təxminən 1,5 min hərbçi) bu ölkəni tərk edəcəyini bildirib.

Mənbə: interfax.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir