İdman

“Fənərbağça” qələbə seriyasını darmadağınla davam etdirib

Sharing is caring!


Futbol üzrə Türkiyə Superliqasında VII turun daha bir oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, çempionluğa iddialı “Fənərbağça” doğma meydanda “Rizespor”u sınağa çəkib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 5:0

İstanbul klubunun heyətində qolları Sebastian Şimanski (3), İrfan Can Kahveci (47), Edin Ceko (62), Duşan Tadiç (75) və Coşua Kinq (90+2) vurublar.

Cari mövsüm Superliqada keçirdiyi 7 oyunun hamısında qalib gələn “Fənərbağça” maksimum nəticə (21 xal) ilə turnir cədvəlinə başçılıq edir. 11 xalı olan “Rizespor” isə yeddinci pillədə qərarlaşıb.

Bu matçla eyni vaxtda başlayan “Karagümrük” – “Kasımpaşa” görüşündə qonaqlar 3:2 hesablı qələbəyə seviniblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir