İdman

“Bavariya” sabiq müdafiəçisini qaytarır

Sharing is caring!


Almaniyanın “Bavariya” klubu sabiq futbolçusu Jerom Boatenqi qaytarır.

“Report” xəbər verir ki, 35 yaşlı müdafiəçi tezliklə Münhen təmsilçisinə dönüşünü rəsmiləşdirəcək.

Almaniya millisinin keçmiş oyunçusu artıq tibbi müayinədən də keçib. Onun Bundesliqa çempionu ilə müqavilə müddəti mövsümün sonuna qədər nəzərdə tutulacaq.

Boatenq yayda Fransa klubu “Lion”dan ayrıldığından, “Bavariya”ya azad agent kimi keçəcək.

Qeyd edək ki, Jerom Boatenq 2011-2021-ci illərdə “Bavariya”nın formasını geyinib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir