İdman

Premyer Liqada Mançester klubları üçün uğursuz gün, “Arsenal”dan darmadağın – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasında VII turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, lider “Mançester Yunayted” bu mövsüm ilk dəfə məğlub olub.

Əvvəlki altı qarşılaşmanı qələbə ilə başa vuran “şəhərlilər” səfərdə “Vulverhempton”a uduzublar – 2:1. Hesab 13-cü dəqiqədə Ruben Diaşın avtoqolu ilə açılıb. 58-ci dəqiqədə Xulian Alvares “Mançester Siti”nin bərabərlik topunu vurub. 66-cı dəqiqədə Xi-Çxan Xvan “canavarlar”a qələbə qazandıran qolun müəllifi olub.

Məğlubiyyətə baxmayaraq, “Mançester Siti” əvvəlki kimi 18 xalla liderdir. Xallarının sayını yeddiyə çatdıran “Vulverhempton” son sıralardan uzaqlaşaraq 13-cü yerə yüksəlib.

Pep Qvardiolanın komandasının məğlubiyyətindən “Arsenal” maksimum yararlanıb. “Topçular” səfərdə “Bornmut”a böyük hesabla qalib gəliblər – 0:4. Bukayo Sakanın hesabı açdığı qarşılaşmada Martin Edeqor və Kay Haverts penaltidən fərqləniblər. Yekun nəticəni isə Ben Uayt müəyyənləşdirib.

Xallarını 17-yə çatdıran “Arsenal” ikinci pilləyə yüksəlib. “Bornmut” isə üç xalla 18-cidir.

Mançester şəhərinin digər komandası “Mançester Yunayted” də turu məğlub başa vurub. “Qırmızı şeytanlar” doğma meydanda “Kristal Pelas”a boyun əyiblər – 0:1. Yeganə qolu 23-cü dəqiqədə Yoakim Andersen vurub.

Uğursuz mövsüm keçirən “Mançester Yunayted” doqquz xalla 10-cudur. Xallarını 11-ə çatdıran “Kristal Pelas” isə doqquzuncu yerə yüksəlib.

Digər qarşılaşmalarda “Everton” evdə “Luton”a 1:2 hesabı ilə uduzub, “Nyukasl”  “Bernli”ni, “Vest Hem” “Şeffild Yunayted”i öz meydanında eyni hesabla məğlub ediblər – 2:0.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir