İdman

“Neftçi”də yeni TƏYİNAT

Sharing is caring!


“Neftçi”nin yeni mətbuat katibi açıqlanıb.

Oxu.Az xəbər verir ki, bundan sonra bu vəzifəni Emin Əfəndi icra edəcək.

Müxtəlif illərdə futbol üzrə Azərbaycan Kubokunun finallarının açılış və bağlanış mərasimlərinə təşkilatçılıq edən Emin Əfəndi 2014-cü ildə justfootball.com saytının və internet üzərində yayımlanan “justfootball” ilk futbol verilişinin layihə rəhbəri kimi çalışıb. 2022-ci ildə “Radio Enerji”də yayımlanan “Səhərin Şərhi” verilişi ilə futbol üzrə ilk səhər radio şousunun layihə rəhbəri olub.

Hazırda xalq artisti Miri Yusifin prodüseri və bu ildən “ASAN Radio”nun dəstəyi ilə “Danışır Əfəndi” həftəlik verilişinin layihə rəhbəridir. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir