İdman

Bakı klubu “kənar şəxslər”ə görə ziyana düşdü

Sharing is caring!


İntizam Komitəsi “Qarabağ”a xəbərdarlıq edib. Ağdam klubunun azarkeşləri 88-ci dəqiqədə rəsmi şəxslərin ünvanına qeyri-etik ifadələr səsləndiriblər.

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqanın VII turunda keçirilən oyunlarda qeydə alınan neqativ hallara görə klubları cəzalandırıb.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, “Turan Tovuz”la görüşün 90+3-cü dəqiqəsində meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alan “Sumqayıt”ın məşqçisi Mübariz Orucov biri şərti olmaqla iki oyunluq cəzalanıb, klubu 1500 manat cərimə edilib. Mütəxəssisə üç ay sınaq müddəti verilib.

“Sabah”la səfər qarşılaşmasında dörd futbolçusu sarı vərəqə alan “Kəpəz” 700 manat cərimə ödəyəcək. Təcili Tibbi Yardım avtomobili görüşə təyin olunan vaxtdan gec gəldiyindən “Sabah” 1000 manat ziyana düşüb.

“Səbail” – “Araz-Naxçıvan” oyunu bitdikdən sonra meydana kənar şəxsin daxil olması birincilərin 800 manat cərimələnməsinə səbəb olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir