İdman

Ulduz futbolçu məsxərəyə qoyulduğu videoya görə “Napoli”ni məhkəmə ilə hədələyir – VİDEO

Sharing is caring!


“Napoli”nin hücumçusu Viktor Osimhen klubun sosial şəbəkə hesablarında paylaşılan yeni videodan narazı qalıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Nigeriyalı forvard hesab edir ki, İtaliya A Seriyasının V turunda “Bolonya” ilə matçda (0:0) penaltini dəqiq yerinə yetirə bilməməsi ilə bağlı yumoristik video onun imicini zədələyir. Videoda hücumçunun hakimdən necə canfəşanlıqla penalti istədiyi, lakin sonra onu düzgün yerinə yetirə bilmədiyi görünür.

Nigeriyalı forvardın agenti Roberto Kalenda artıq klubu qanuni addımlarla hədələyib.

“Napoli”nin sosial media hesablarında baş verənlər qəbuledilməzdir. Viktoru ələ salan video əvvəlcə ictimailəşdirilib, sonra isə gec silinib. Biz onu qorumaq üçün hüquqi prosedura başlamaq hüququnu özümüzdə saxlayırıq”, – deyə agent bildirib.

Ötən mövsüm Osimhen İtaliya çempionatında 32 matçda iştirak edib, 26 qol vurub və dörd məhsuldar ötürmə edib. Nigeriyalı təkcə “Napoli”nin deyil, həm də çempionatın bombardiri olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir