Cəmiyyət

Naxçıvan məktəblərində ilk dərs saatları Anım Gününə həsr olunub – FOTO

Sharing is caring!


Bu gün Naxçıvan Muxtar Respublikasının bütün ümumtəhsil məktəblərində ilk dərs saatları 27 Sentyabr – Anım Gününə həsr olunub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə, dərslərdə şagirdlərin diqqətinə çatdırılıb ki, 27 sentyabr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə Anım Günü kimi qeyd edilir.

Bildirilib ki, bu təqvimin Azərbaycan tarixində çox mühüm əhəmiyyəti var. Məhz 2020-ci ilin bu günündə Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması üçün mübarizəyə qalxmış və 44 gün ərzində öz müqəddəs məqsədinə çataraq Vətənimizin ərazi bütövlüyünü təmin etmişdir.

Dərslərdə rəşadətli ordumuzun zəfər yürüşündə Naxçıvan döyüşçülərinin qəhrəmanlığından bəhs olunaraq qeyd edilib ki, müharibənin əsas canlı qüvvələrindən biri də məhz Oğuz eli, qədim diyar Naxçıvandan olan hərbçi-zabitlər idi.

Qeyd edək ki, bu gün, həmçinin muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Xatirə Muzeyi arasında 27 sentyabr – Anım Günü ilə bağlı interaktiv dərs də keçirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir