İdman

Eldəniz Əzizli: “Yunan-Roma güləşimiz tarixində yeni rekorda imza atdıq”

Sharing is caring!


“Yunan-Roma güləşimiz tarixində yeni rekorda imza atdıq. Tarixdə ilk dəfə komanda hesabında dünya çempionu olduq”.

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli deyib.

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatının qalibi olan idmançı komanda olaraq böyük uğura imza atdıqlarını söyləyib:

“Bu, Azərbaycan idmanı üçün böyük uğurdur. Həmçinin, “Paris-2024” Yay Olimpiya Oyunlarına iki lisenziya qazandıq. Düşünürəm ki, daha yaxşı hazırlaşıb bütün lisenziyaları əldə etməklə Parisdə idmansevərləri daha çox sevindirə biləcəyik”.

55 kq çəki dərəcəsində üçüncü dəfə dünyanın ən güclüsü olan E.Əzizli rekorda imza atdığını xatırladıb:

“Üçüncü dəfə dünya çempionu olmaqla yunan-Roma güləşində müstəqillik tariximizdə rekorda imza atdım. Şükürlər olsun, buna nail oldum”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir