İdman

“Qarabağ” müraciət etdi, PFL oyunun yerini dəyişdi

Sharing is caring!


“Qarabağ” Futbol Klubu Peşəkar Futbol Liqasına (PFL) rəsmi müraciət edib.

PFL-in saytının yaydığı məlumata görə, klub Tofiq Bəhramov adına Respublika stadionunda təmir-bərpa işləri ilə əlaqədar olaraq sözügedən stadionda keçirilməli olan Azərbaycan Premyer Liqasının VIII turunun “Qarabağ” – “Sumqayıt” görüşünün “Azersun Arena”da oynanılması xahişi ilə çıxış edib.

“Qarabağ”ın rəsmi müraciətini, Respublika stadionunda aparılan işləri, eləcə də “Azersun Arena”nın mövsümdən öncə Premyer Liqa oyunları üçün qəbul edildiyini nəzərə alan PFL  “Qarabağ” – “Sumqayıt” oyununun “Azersun Arena”da  keçirilməsinə qərar verib.

Görüşün günü, saatı ilə bağlı dəyişiklik yoxdur. Matç sentyabrın 29-da oynanılacaq və saat 20:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir