İdman

Azərbaycanlı kiberidmançı ikiqat Avropa çempionu oldu – VİDEO

Sharing is caring!


“Mortal Kombat 1” oyunu üzrə Avstriyanın Vyana şəhərində keçirilmiş “Viennality 2k23” birinciliyində Azərbaycanın təmsilçisi Həmid Mustafayev qalib olub. Final mərhələsində “MK_Azerbaijan” təxəllüsü ilə çıxış edən Həmid Böyük Britaniyalı rəqibi Aaron Deyvisi məğlub edərək ikinci dəfə Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, “Mortal Kombat 1” oyununun rəsmi təqdimatı sentyabrın 14-də baş verib. İdmançımız iki həftə ərzində dayanmadan məşq edərək qələbəyə nail olmağı bacarıb. “Cyber Athletics Azerbaijan” komandasının üzvü olan Həmidin bu qələbəsini həm canlı, həm internet vasitəsilə izləyənlərin sayı yüz minə yaxın olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir