İdman

Premyer Liqa: “Səbail” “Araz-Naxçıvan”ı məğlub edib

Sharing is caring!


Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, günün ikinci matçında “Səbail” “Araz-Naxçıvan”ı qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 45+2-ci dəqiqədə Pedro Nuno penaltini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran “dənizçilər” 2-ci pilləyə yüksəlib. Naxçıvan klubu 10 xalla beşincidir.

Qeyd edək ki, günün ilk görüşündə “Sabah” “Kəpəz”lə heç-heçə edib – 2:2.

Daha əvvəl “Sumqayıt” – “Turan Tovuz” (0:0) və “Zirə” – “Neftçi” (1:1) qarşılaşmaları bərabərliklə yekunlaşıb.

Tura sentyabrın 25-də “Qəbələ” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir