İdman

“Mançester Siti”dən maksimum nəticə: Növbəti “qurban” “Nottinqem Forest” oldu – VİDEO

Sharing is caring!


“Mançester Siti” İngiltərə Premyer Liqasının VI turunu da itkisiz başa vurub.

Oxu.Az xəbər verir ki, “şəhərlilər” bu dəfə “Nottinqem Forest”dən güclü olublar.

Qolları yeddinci dəqiqədə Fil Foden və 14-cü dəqiqədə Erlinq Holand vurublar. 44-cü dəqiqədə isə Rodri birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb və Mançester klubunu azlıqda qoyub.

Altı turdan sonra maksimum nəticə göstərən – 18 xal toplayan “Mançester Siti” vahid liderdir. “Nottinqem Forest” isə yeddi xalla 10-cudur.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir