Dünya

İtaliyanın baş naziri ona kişi kimi müraciət olunmasını tələb edib

Sharing is caring!

İtaliyada hökumətə başçılıq edən ilk qadın olan Corc Meloni yeni vəzifəsində ona kişi kimi müraciət edilməsini tələb edib.

Cümə günü ölkənin nazirlik və digər qurumlarına göndərilən sənəddə baş nazirə “cənab Nazirlər Şurasının sədri” kimi müraciət edilməli olduğu göstərilib.

Qeyd edək ki, Meloni həmişə kişiyə xas olan müəyyən edilmiş vəzifə adlarını “qadınlaşdırmağın” əleyhinə çıxış edib. Onun rəhbərlik etdiyi partiyanın adı da “İtaliya qardaşları”dır. Hökumət başçısının kabinetində 24 nazirdən cəmi 6-ı qadındır.

Eyni zamanda, Meloni mitinqlərin birində “mən qadınam, mən xristianam, mən anayam” ifadəsi ilə məşhurlaşıb. O, uşağın doğum sənədlərindəki “ata” və “ana” sətirlərinin “valideyn 1”, “valideyn 2” ilə əvəzlənməsi cəhdlərini pisləyib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir