İdman

“Bavariya” yeddi cavabsız qolla qalib gəldi, “Borussiya Dortmund”dan çətin qələbə – VİDEO

Sharing is caring!


“Bavariya” və “Borussiya Dortmund” Almaniya Bundesliqasının beşinci turunu qələbə ilə başa vurublar.

Oxu.Az xəbər verir ki, Münhen klubu öz meydanında “Bohum”u darmadağın edib – 7:0.

“Bavariya”ya qələbə qazandıran qolları het-trik edən Harri Keyn, Erik Maksim Şupo-Motinq, Mateys De Lixt, Leroy Sane və Matis Til vurublar.

Beş matçda 13 xal toplayan “Bavariya” vahid liderdir. “Bohum” üç xalla 14-cüdür.

“Borussiya Dortmund” isə doğma azarkeşləri qarşısında “Volfsburq”u çətinliklə məğlub edib – 1:0. Yeganə qolu qarşılaşmanın 68-ci dəqiqəsində Marko Roys vurub.

Qələbə sayəsində xallarını 11-ə çatdıran Dortmund klubu  turnir cədvəlində beşincidir. “Volfsburq” doqquz xalla yeddinci yerdə qərarlaşıb.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir