İdman

DÇ-2024: Azərbaycan – Qazaxıstan oyununa təyinatlar açıqlanıb

Sharing is caring!


Futzal üzrə DÇ-2024-ün elit mərhələsində keçiriləcək Azərbaycan – Qazaxıstan oyununa təyinatlar açıqlanıb.

Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, qarşılaşmanı Finlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Hakimlər: Kirill Naişouler, Arttu Kiynaeraeynen, Paavo Komppa (hamısı Finlandiya).

Hakim-inspektor: Tarik Keço (Bosniya və Herseqovina).

UEFA nümayəndəsi: Şon Dipple (İngiltərə).

Qeyd edək ki, oktyabrın 6-da Bakı İdman Sarayında keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir