İdman

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Sharing is caring!


Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirinin finalına yüksəlib.

“Report”un məlumatına görə, Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) bütün rəqiblərini üstələyərək, həlledici görüşə vəsiqə qazanıblar.

H.Heydərov yarımfinalda özbəkistanlı Şaxram Əhədova qalib gəlib. Onun finaldakı rəqibi Moldova təmsilçisi Pyotr Pelivan olacaq. Z.Tçkayev isə final yolunda Özbəkistanın digər idmançısı Nurbek Murtozoyevi məğlub edib. Cüdoçumuz həlledici dueldə avstriyalı Şamil Borçaşvili ilə qarşılaşacaq.

Qeyd edək ki, ötən gün kişilər arasında Yaşar Nəcəfov (66 kq) qızıl, qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kq) gümüş medal qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir