Dünya

Artur Ağacanov: “Qarabağın gələcəyi Azərbaycanla bağlıdır”

Sharing is caring!


“Qarabağ erməniləri Azərbaycanın iqtisadi imkanlarından istifadə edib daha yaxşı yaşaya bilərlər”.

Bunu “Report”a açıqlamasında Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov deyib.

“Reinteqrasiyaya başlamaq üçün yeni eskalasiya lazım idimi? Yenidən qan tökülməsinə ehtiyac var idimi? Niyə bu xunta 2020-ci ildən sonra mülki əhalini girov saxlayaraq Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxarmadı və müdafiə ordusunu ləğv etmədi? 44 günlük müharibədən sonra 3 il vaxt itirildi. Biz başa düşməliyik ki, Qarabağın gələcəyi Azərbaycanla bağlıdır”, – deyə o bildirib.

Qarabağ Erməniləri Hərəkatının üzvü Valeri Yeritsyan isə bildirib ki, xunta ucbatından itirilmiş təxminən üç il ərzində Qarabağda yaşayan ermənilərin həyatını yaxşılaşdırmaq mümkün idi:

“Ermənistanın xuntaya verdiyi maliyyə yardımı yalnız hərbi ehtiyaclar üçün istifadə olunurdu. Həm 44 günlük müharibədən əvvəl, həm də ondan sonra insanlar ağır sosial-iqtisadi şəraitdə yaşayıblar. Azərbaycanın 2020-ci ildə başlatdığı Qarabağın bərpası prosesi ermənilərin yaşadığı şəhər və kəndlərə də təsir edə bilər. Məhz xuntanın ucbatından biz üç il itirdik, bu müddət ərzində Qarabağda ermənilərin həyatını yaxşılaşdırmaq olardı”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir