İdman

Messi sosial şəbəkələrdə şərh yazmamasının səbəbini açıqladı: “Axmaq bir şey yazırsan və…”

Sharing is caring!


“Inter Mayami”nin argentinalı hücumçusu Lionel Messi sosial şəbəkələrdə “like” və şərh şəklində fəaliyyətdən qaçdığını etiraf edib.

“Məni tez-tez əlimdə mobil telefonla görmək olar. Amma heç vaxt “like” qoymuram və şərh yazmıram. Çünki  axmaq bir şey yazırsan və bir anda o, hər yerdə yayılır. Elə şeylər var ki, bundan sonra baş verə biləcəklərə görə qaçmağa üstünlük verirəm. Ancaq ailəm və dostlarımla gündəlik həyatda özümü heç nədən məhrum etmirəm”, – deyə Messi bildirib.

Qeyd edək ki, Messi iki il Fransanın PSJ komandasında oynadıqdan sonra 2023-cü ilin yayında “Inter Mayami”yə keçib. Burada keçirdiyi 12 oyundan sonra Messi 11 qol vurub və beş məhsuldar ötürmə edib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir